RU
Səhiyyə naziri əmr verdi
12:17
967

Səhiyyə naziri əmr verdi

Səhiyyə naziri Oqtay Şirəliyev "Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə" əmr imzalayıb.

7News.Az bildirir ki, əmr Respublikanın şəhər və rayonlarında doğuşayardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə imzalanıb. Sənəddə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Respublika Perinatal Mərkəzinə, Azərbaycan Tibb Universitetinin I və II mama-ginekologiya kafedralarına, Respublika Klinik Xəstəxanasına cədvələ əsasən doğuşayardım xidməti üzrə respublikanın regionlarına təhkim edilməsi tapşırılır. Təhkim olunan baza tibb müəssisələrinin və yüksək ixtisaslı mama-ginekolog, neonatoloq və anestezioloq-reanimatoloqlar Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası vasitəsi ilə ezam olunmaları, ehtiyac yarandıqda digər mütəxəssislərin ezam olunması işinin təşkili, görülən işlər barəsində daim Səhiyyə Nazirliyinə məlumat verilməsi tapşırıqları da əmrdə öz əksini tapıb./atv.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ