RU
Səhiyyə naziri istefa verdi
14:25
1051

Səhiyyə naziri istefa verdi

Latviya Səhiyyə naziri Quntis Beleviçs istefa verib.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, nazir artıq istefa ərizəsini ölkənin baş nazirinə təqdim edib. Belə bir qərarın qəbul edilməsinə səbəb Səhiyyə nazirinin vəzifəsindən istifadə edərək xəstəxanada növbəsiz tibbi xidmət əldə etməsi ilə bağlı qalmaqal olub.

Baş nazir jurnalistlərə bildirib ki, Beleviçsanın istefasını qəbul edib: “Mənim tərəfimdən əsas o olub ki, o yalan danışıb, lakin dünən gecə mənə etiraf etdi. Əgər sən bunu etmisənsə, istənilən halda kişilik göstərib hərəkətlərini etiraf etməli idin”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ