RU
Səhiyyə Nazirliyi: Bu ilin 11 ayı ərzində Azərbaycanda 618 nəfər İİV-ə yoluxub
12:37
408

Səhiyyə Nazirliyi: Bu ilin 11 ayı ərzində Azərbaycanda 618 nəfər İİV-ə yoluxub

Bu ilin 11 ayı ərzində Azərbaycanda 618 nəfər İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxub.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov jurnalistlərə bildirib ki, həmin şəxslərin 598-i Azərbaycan vətəndaşı, 20 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 598 Azərbaycan vətəndaşının 409-u kişi, 189-u qadındır. Ümumilikdə, Azərbaycanda 4453 nəfər İİV-lə yaşayan insan qeydiyyatdadır. Onların 73,1 faizi (3257 nəfər) kişi, 26,9 faizi (1197 nəfər) qadındır.

Hazırda ölkədəki xəstələrin 1229 nəfəri QİCS mərhələsindədir. İndiyədək Azərbaycanda İİV infeksiyasından 719 nəfər dünyasını dəyişib.

Bu infeksiyaya yoluxmaların 49 faizi inyeksion narkotik nəticəsində, 41 faizi heteroseksual, 2 faizində homoseksual yol, 1,8 faizi anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 6,2 faizində yoluxma yolu müəyyən edilməyib.

N.Zülfüqarov deyib ki, 01.06.2015-ci il tarixindən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 62 302 şəxs İİV-ə görə müayinəyə cəlb edilib. Nəticədə 45 nəfərdə İİV-ə yoluxma təsdiqlənib./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ