RU
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
10:24
462

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Ölkə prezidenti İlham Əliyevin fərmanı ilə Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

7News.Az-ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalanıb.

Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.

Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ