RU
Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının nəticələri açıqlanıb
11:11
746

Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

 

İmtahanlarda ümumilikdə 232 həkim iştirak edib, onlardan 34-ü imtahandan keçə bilməyib.

 

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ