RU
Səhrada qədim şəhər tapıldı - FOTO
16:20
465

Səhrada qədim şəhər tapıldı - FOTO

Arxeoloqlar İrsalinin Neqev səhrasında qədum yunan yazılarını aşkar ediblər. Həmin yazılar əsasında Eluza adlı ticarət şəhərini tapdıqları məlum olub.

7News.Az bizimyol.info-ya istinadən xəbər verir ki, İrsaildən və Almaniyadan olan arxeoloqlar Halutsa milli parkında yaşı 1700 il olan daş tapıblar. Daşın üzərində qədum yunanca "Eluza” yazılıb. Düzdür, şəhəri ivritcə elə Halutsa adlandırırlar. Amma çox mənbələrdə Eluza adı keçir. Bu sözə tarixi papiruslarda və xəritələrdə də rast gəlmək olar. Daşın üzərində ilk dəfədir görünür.

Beləcə, Halutsa və ya Eluza şəhərinin məhz burada yerləşdiyi sübut olundu. Əvvəllər bu şəhər haqda danışılanları əfsanə sayırdılar.

Yazı imperator Diokletianın hakimiyyəti dövrünə aiddir. Eluzanın əsası da təxminən o vaxtlar – IV əsrin sonlarında qoyulmuşdu. Şəhər Vizantiya imperiyası dövründə çox inkişaf etmişdi. Əhalisi 8 minə çatmışdı.

Eluza Neqev səhrasındakı yeganə şəhər idi.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ