RU
Sehrbaz oğru, satıcının gözü qabağında
14:19
686

Sehrbaz oğru, satıcının gözü qabağında

Özünü sehrbaz kimi təqdim edən oğru, satıcının gözü qabağında əşyaları götürdükdən sonra bir anda yoxa çıxdı. Bu görüntülər ölkədə böyük maraqla qarşılanıb. Sosial mediaya yüklədiyi qeyri-adi görüntülərlə məşhurlaşan Rahat Hüseyn adlı gənc, bu dəfə insanların əsəbini sehrbaz nörməsi ilə sınağa çəkib.

Mağazaya gələn komediya ustası sehrbaz olduğunu deyərək satışda olan məhsulların birini götürür və onu yoxa çıxaracağını deyir. Saxta sehrbaz bunu o qədər qeyri-peşəkar şəkilsə edir ki, satıcılar onun sehrbaz yox, fırıldaqçı olduğunu anlayır. Daha sonra uzun əbalı şəxs üzərində gizlətdiyi əşya ilə birgə aradan çıxmağa çalışır. İnsanları şoka salan hadisə elə bu vaxt baş verir. Sehrbaz bu dəfə həqiqətən götürdüyü əşya ilə birgə sanki qeybə çəkilir. Ondan qalan yalnız uzun əbası olur.

Küçədə yeriyən adamın birdən-birə yoxa çıxmasına ətrafdakılar da şahid olub. Gözlərinə inanmayan sakinlər nə baş verdiyini anlamaq üçün uzun müddət yerdəki çuxaya baxıb. Onlardan biri hətta əbanı qaldıraraq adamın hara yoxa çıxdığını öyrənməyə çalışıb.

Əslində bu zarafatdan başqa bir şey deyilmış. Ancaq Rahatın bu zarafatı necə realaşdırdığı hələ də məlum deyil. Görüntülərin qəhrəmanı bunun necə baş verdiyini tapmağı hələ ki, tamaşaçıların öz öhdəsinə buraxıb./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ