RU
Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzdu
20:45
457

Şəhriyar Məmmədyarov Maqnus Karlsenə uduzdu

Həmyerlimiz turnirdə liderliyi əldən verdi.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Qatar Masters Open turnirinin 8-ci turunda məğlubiyyətlə üzləşib.

7news.az xəbər verir ki, həmyerlimizin rəqibi norveçli dünya çempionu Maqnus Karlsen olub. Şəhriyar ağ fiqurlarla oynasada uduzub.

Azərbaycan təmsilçisi bu məğlubiyyətdən sonra liderliyi əldən verib. Hal-hazırda o 5,5 xal ilə 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 6,5 xalla Karlsen başçılıq edir.

Turnir sabah başa çatır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ