Qusar rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Ramin Nağıyev və Ramin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ramin Nağıyev 16 avqust 2014-cü il tarixdə, saat 19-da tanışları ilə birlikdə Qusar rayon avtovağzal kompleksinin ərazisində olan kafedə yemək yeyib, spirtli içki içib.
Daha sonra Ramin kafedən çölə çıxıb. Bu zaman Bakı şəhərindən yaşadığı Xaçmaz rayonuna qayıtmaq istədiyi halda səhvən Qusar rayonuna gələn Sahibə Əliyevanın (ad və soyad şərti verilib – Red.) Qusar rayon avtovağzalında polis nəfəri Bəhram Xanbabayevə yaxınlaşıb və gecələmək üçün yer axtarmasını barədə danışıqlarını eşidib./publika
7news.Az








