Şəkidə qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Səlahəddin İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 16-na təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabr ayında Şəki şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini, Səlahəddin İsmayılov qonşusu, 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədovu şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı bıçaqlayıb.
Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törətməkdə şübhəli bilinən S.İsmayılov saxlanılıb.
İstintaq dövründə onun barəsində Cinayət Məclləsinin 29, 120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
7NEWS.Az








