RU
Şəkidə 33 yaşlı qadını maşın vurdu, sürücü qaçdı
17:40
358

Şəkidə 33 yaşlı qadını maşın vurdu, sürücü qaçdı

Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 33 yaşlı Natavan Osmanova yolu keçmək istəyərkən, naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Nəticədə N.Osmanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. yaralı ətrafdakıların köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan "report"a bildirilib ki, N.Osmanovaya bədənin müxtəlif nahiyyələrinin əzilmiş yaraları və beyin sirkələnməsi diaqnozu qoyulub, vəziyyəti ağırdır.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

7News.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ