RU
Şəkidə 35 yaşlı şəxs qətlə yetirildi - TƏFƏRRÜAT
08:37
130

Şəkidə 35 yaşlı şəxs qətlə yetirildi - TƏFƏRRÜAT

Şəki rayon prokurorluğundan 7news.az-a verilən məlumata görə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir. <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_231026_083547_536.sdocx -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ