RU
Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişlədi
10:30
373

Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişlədi

Şəki rayonunda itqapma hadisəsi baş verib.

Axşam saatlarında rayonun Kiş kəndində 2012-ci il təvəllüdlü yerli sakin Kərimova Ləman Şamxal qızı anası ilə yolla gedərkən sahibsiz itin hucumuna məruz qalıb.

 

İt 6 yaşlı Ləmanın sol üzündən dişləyərək qaçıb. Uşaq valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan "Report”a bildirilib ki, L.Kərimovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ