Xəbər verdiyimiz kimi, bu gün Şəki Xan Sarayının həyətindəki 500 yaşı olan çinar ağaclarından birinin böyük budağı insanların üstünə aşıb.
7News.Az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.
İlkin məlumata görə, hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Xəstəxanaya yerləşdirilən 2 şəxsə görə paytaxtdan yüksəkixtisaslı mütəxəssislər çağırılıb.
Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır.
Ağac aşdıqdan sonra ərazidə yaşanan mənzərənin videosu yayılıb. Həmin görüntüləri təqdim edirik.








