RU
Şəkidə ağır qəza: 1 ölü, 4 yaralı
14:18
1532

Şəkidə ağır qəza: 1 ölü, 4 yaralı

Bu gün səhər saatlarında Şəkidə yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 1 nəfər dünyasını dəyişib, 4 nəfər xəsarət alıb.

Kanal S (Region TV) xəbər verir ki, hadisə saat 8 radələrində Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb.

Şəkinin Aran kənd sakini Əliyev Ağaismayıl Şahismayıl oğlunun idarə etdiyi 55-BP-452 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə Şəki sakini Abdullayev Eldar Yaqub oğlunun idarə etdiyi 10-NZ-149 dövlət nömrə nişanlı QAZ-3110 markalı avtomobil toqquşub. Qəza nəticəsində VAZ markalı avtomobilin sürücüsü elə hadisə yerindəcə dünyasını dəyişib. Onun avtomobilində olan sərnişinlər Əliyeva Şahsinə Ağaismayıl qızı, Əliyev Şahismayıl Ağaismayıl oğlu, eləcə də digər avtomobilin sürücüsü və onun sərnişini Həşimov Elgün Nağı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar yoldan keçən insanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Fakt araşdırılır, qəzanın dəqiq baş vermə səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ