Şəkidə avtomobil iki piyadanı vurub.
7News.az xəbər verir ki, Rizvan İbrahimov idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - Vərəzət kənd sakini, Təmraz Mustafayevi və Baş Zəyzid kənd sakini, Valeh Həbubullayevi vurub. Sürücü daha sonra idarəetməni itirərək maşını yolun kənarındakı daş hasara çırpıb. 15 yaşlı Təmraz Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Valeh Həbibullayev isə xəstəxanaya yerləşdirilib.
Analoji hadisə Qubada da baş verib. "Ford " markalı maşın yolu keçmək istəyən Adil Yusifovu vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb./ATV.az
7News.az








