Şəkidə baş verən ağır yol qəzasında ölən azyaşlıların kimliyi məlum olub.
Qəza zamanı hadisə yerində ölən azyaşlılar rayonun Çayqaraqoyunlu kənd sakinləridir.
Bunlar 2016-cı il təvəllüdlü Elşad Mikayıl oğlu Həşimov və 2013-cü il təvəllüdlü Çiçək Cəmil qızı Əhmədovadır.
21.42
Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı avtomobildə olan və hələki şəxsiyyəti dəqiqləşməyən iki azyaşlı hadisə yerində ölüb. Daha 6 nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








