Şəkidə 6 yaşlı uşağı ilan sancıb.
Hadisə ötən gün rayonun Qoxmuq kəndində baş verib.
Kənd sakini, 2015-ci il təvəllüdlü Cəbiyev Həsən Rüfət oğlu ilan sancması əlamətləri diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərildikdən sonra həkimlər onun müalicəsinin davam etdirilməsi üçün Respublika Toksikologiya Mərkəzinə göndəriblər.
7NEWS.Az








