RU
Şəkidə bədbaxt hadisə
02:00
1086

Şəkidə bədbaxt hadisə

Şəkidə tənha yaşayan 77 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

7news.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 20:30 radələrində Şəki şəhəri Əlövsət Sadıqov küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Tahirə Əliabbas qızı Bayramova koma vəziyyətində xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, tənha yaşayan 77 yaşlı Tahirə Bayramova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə yaxın qohumları tərəfindən aşkar edilib. Tahirə Bayramovaya ağır kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ