RU
Şəkidə evdən ər və arvadın meyiti tapıldı
16:21
366

Şəkidə evdən ər və arvadın meyiti tapıldı

Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb. 

7News.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Müntaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb. 

Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ