RU
Şəkidə
21:23
1856

Şəkidə "goreşənlər" tutuldular

Şəki polisi rayonun Baş göynük kəndi ərazisində qədimi qəbirləri dağıdan şəxsləri saxlayıb. Məlum olub ki, saxlanılan şəxslər qızıl axtarmaq məqsədi ilə qəbiri dağıdıb.

7news.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, keçirilimiş əməliyyat tədbirləri nəticəsində 15 oktyabr tarixində gecə saat 02:00 radələrində Şəki rayonu Baş Göynük kəndinin Duluz məhəlləsi ərazisində yerləşən qəbirstanlıqda 1827-ci ilə aid hacı Abdurəhim adlı şəxsin qəbirinin dağıdılması aşkar olunub. Belə ki, Şəkinin Baş Göynük kənd sakinləri İsmayılov Məmməd Həmid oğlu və onun həmkəndlisi Abdurrahmanov Çingiz Abdurrahman oğlu adıçəkilən qəbirstanlıqda qədim künbəz formalı qəbir daşının ətrafında daşları dağıdıb, qəbir üzərində təhqiredici hərəkətlər edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər dindirilmə zamanı qəbirin dağıdılması sulana isə maraqlı cavab veriblər. Həmçinin onlar əməllərindən peşman olduqlarını bildiriblər.

Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırmalar davam etdirilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ