RU
Şəkidə mikroavtobus aşdı, yaralılar var
21:46
369

Şəkidə mikroavtobus aşdı, yaralılar var

Şəkidə mikroavtobus qəzaya uğrayıb.

 

Hadisə bu gün Baş Göynük-Şəki avtomobil yolunda qeydə alınıb. “Ford” markalı mikroavtobus idarəetməni itirərək aşıb. Nəticədə mikroavtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan 1972-ci il təvəllüdlü Mehman Vahid oğlu Əliyev xəsarəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar – 1966-cı il təvəllüdlü Mahirə Zahir qızı Oqurxanova və onun azyaşlı övladı, 2007-ci il təvəllüdlü Valentina xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Yaralılardan Elmira Cəlal qızı Abdulkərimova xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanların hamısı Baş Göynük kənd sakinləridir. Qəzaya düşən mikroavtobus isə rayon mərkəzindən Baş Göynük kəndinə sərnişin daşıyırmış./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ