RU
Şəkidə Niva 7 metr hündürlükdən uçdu
14:27
1111

Şəkidə Niva 7 metr hündürlükdən uçdu

Sürücü dünyasını dəyişib.

1954-cü il təvəllüdlü Bakı sakini Bayramov Fəxrəddin Avaz oğlu 90-ST-230 dövlət nömrə nişanlı NİVA markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə avtomobil 7 metr hündürlükdən yuvarlanaraq kənd sakinlərindən birinin həyətyanı sahəsinə düşüb.

Hadisədə avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza yerinə dərhal həkim briqadası cəlb olunub.
Xəstəxanadan verilən məlumata görə, xəstəxanaya aparılan sürücü həkimlərin səyinə baxmayaraq ambulansda dünyasını dəyişib. Qəzada avtomobil tamamilə yararsız hala düşüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ