RU
Şəkidə qanunsuz kömür quyusu aşkarlanıb
14:10
136

Şəkidə qanunsuz kömür quyusu aşkarlanıb

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində, vətəndaşın həyətyanı sahəsində ağac kömürü istehsal edilən kömür quyusu aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsin kənd sakini Ələddin Əsgərov olduğu müəyyən edilib.

"Qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb, kömür quyusu isə ləğv olunub”.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ