RU
Şəkidə qanunsuz ov edən şəxslər saxlanılıblar
16:50
64

Şəkidə qanunsuz ov edən şəxslər saxlanılıblar

Şəkidə qanunsuz ov edən şəxslər saxlanılıblar.

 Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Cumakənd ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 5 nəfər saxlanılıb.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngi, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış heyvanlar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ