Şəkinin dağlıq ərazilərinə düşən yağış fəsadlara yol açıb. Kiş çayında sululuq həddən artıq yüksəlib.
7news.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, selin gətirdiyi lil qatı dağıntılara səbəb olub. Kiş kəndini rayon mərkəzi ilə birləşdirən körpü yararsız hala düşüb. Obyektlər və istirahət mərkəzlərinə zərər dəyib.
7news.Az













