Şəkidə yanğın olub.
7News.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Oxud kəndində baş verib.
Yanğın kənd sakini Vaqif Həmidova məxsus 7 otaqdan ibarət yaşayış evində, tövlədə qeydə alınıb. Hadisədə 9 baş xırdabuynuzlu heyvan tələf olub.
Yanğının başvermə səbəbləri araşdırılır.









