RU
Şəkidə yanğın olub
00:21
330

Şəkidə yanğın olub

Şəkidə yanğın hadisəsi qeydə alınıb.

Fövqaladə Hallar nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən  verilən məlumata görə, yanğın oktyabrın 12-i axşam saatlarında rayonun Baş Layısqı kəndində, kənd sakini Nuru Əhməd oğlu Sərkərovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 100 kv/m olan mal tövləsində qeydə alınıb. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 5 ton quru ot kütləsi yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ