Şəkidə beş gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb.
Partlayış zamanı müxtəlif dərəcəli ağır termiki yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəki rayonu Aşağı Göynük kənd sakini Şəlalə Nəsib qızı Yusifova bu gün müalicə aldığı Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub. Hadisə nəticəsində Ş.Yusifova və onun iki azyaşlı övladı - 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı - müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Elə həmin gün yaralılar Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyalarını dəyişiblər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.








