RU
Şəkili sürücü yol polisinə elə cavab verdi ki... Biraz gülün))
09:48
2873

Şəkili sürücü yol polisinə elə cavab verdi ki... Biraz gülün))

Olmuş hadisədir və bunu şəkili sürücü özü danışıb.

Kafe işlədən şəkili sürücü marketin qarşısında maşını saxlayıb göy-göyərti alır. Marketdən çıxanda görür ki, maşının yanında bir yol polisi əməkdaşı dayanıb. Sürücü maşina yaxınlaşanda yol polisi əməkdaşı sənədləri tələb edir və sürücüyə bildirir ki, dayanma-durma qaydalarını pozub. Yaşlı sürücü də yol polisinə bildirir ki, beh dəqiqəlik dayanıb marketdən göyərti alıb və indi sürüb gedir.

Yol polisi:

- Xeyr, sənədləri verin. Cərimə yazacam.

Şəkili sürücü:

- Axı mən gedirəm, cərimə yazmayın. Nolar ki, beş dəqiqəlik dayanmışdım, indi sürüb boşaldaram yolu.

- Olmaz. Qayda pozmusunuz, cərimə yazacam.

Sürücü yol polisinin inadkarlıq etdiyini görüb xeyli çək-çevirdən sonra «Lənət sənə kor şeytan» deyib maşına minmək istəyir.

Yol polisi isə belə cavab verir:

- Nə dedin? Məni təhqir edirsən? Yaxamda mikrofon var, səsini yazır. Gör sənin başına nə oyun açacam…

Şəkili sürücü:

- Ha indi sən şeytansan?/avtosfer.az

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ