RU
Şəkinin bir kəndində 20-dən çox ev yanıb - VİDEO
14:05
616

Şəkinin bir kəndində 20-dən çox ev yanıb - VİDEO

Şəki rayonunun Baş Göynük kəndi ərazisində 2 il ərzində 20-dən çox ev yanıb.

7News.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçsının Baş Göyük kəndi üzrə icra nümayəndəsi Rza Cəlalov bildirib ki, baş verən yanğın hadisələrinin araşdırılması üçün adiyyəti qurumlara müraciət olunub:

"Təkcə son altı ayda kənd ərazisində 10-a yaxın ev yanıb. Yanğınların hamısı, demək olar ki, gecə saatlarında baş verib. Baş Göynük kəndinin əkin sahələri və təsərrüfatları kənddən uzaq məsafədə olduğundan, əksər ailələr həmin əkin-biçin zamanı ərazilərdə yaşayırlar. Bu zaman boş qalan evlərdə belə yanğın hadisələri baş verir. Sakinlərin narahatlığı haqlı narahatlıqdır. Artıq onlar da verən yanğınların bitməsini və günahkarların tapılmasını istəyirlər. Biz aidiyyatı orqanlara və Şəki Şəhər İcra Hakimiyyətinin müvafiq şöbələrinə məlumat vermişik. Araşdırmalar yekunlaşdıqdan sonra günahkar və ya günahkarlar cəzalarını alacaqlar".

Yerli sakinlər evlərinin qəsdən yandırıldığını ehtimal edirlər.
Kənd sakini Eldar Rəsulov yanğın hadisələrinin nə qəza, nə də hər hansı təbiət hadisəsi səbəbi ilə baş vermədiyini bildirib: "Bu evləri kimsə qəsdən yandırır. Lakin yanğın hadisələrinin baş verməsinin səbəbləri müəmmalı olaraq qalır". //report

 

7News.az

Şəkinin bir kəndində 20-dən çox ev yanıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ