RU
Seksual manyaklarla bağlı qadağalar dəyişdirildi - FOTO
17:40
509

Seksual manyaklarla bağlı qadağalar dəyişdirildi - FOTO

Ətək altının şəklini çəkənlər artıq məsuliyyətə cəlb olunacaqlar.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada ətək altından şəkil çəkmək (upskirting) cinayət hesab ediləcək.

Qarşı tərəfin razılığı və xəbəri olmadan kiminsə ətək altı şəklini, videosunu çəkənləri 2 il müddətinə həbs cəzası gözləyir.

 

Artıq, bununla bağlı Böyük Britaniya Lordlar palatası tərəfindən qanun layihəsi hazırlanıb.

Bu gün ölkənin Ədliyyə Nazirliyi tərəfindən yayılan bəyənatda bildirilir ki, ictimai yerlərdə törədilən belə əməllər qarşı tərəfin şərəf və ləyaqətini alçaltdığına görə cinayət hesab olunur.

7News.Az


Seksual manyaklarla bağlı qadağalar dəyişdirildi - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ