Yüksək mərtəbəli binaların damına çıxaraq insanların selfie etmələrini artıq çoxlarınız görmüsünüz.
Bu dəfə isə Mar Şirasuna adlı fotoqraf bir addım da irəliyə gedərək modelləri Nyu-Yorkun hündür binalarının damında çəkib. Yapon fotoqraf bildirib ki, o bununla qızların və şəhərin gözəlliyini vəhdət şəkildə çatdırmağa çalışıb. Nyu-Yorku sevdiyini deyən fotoqraf onun gözəlliyini başqa cür çatdıra bilməyəcəyini qeyd edib.
Mar bu layihəsini “Beauty And NYC” adlandırıb. 3 il ərzində fotoqraf modellərin 150-dən çox fotosunu çəkib./baku.ws
7News.Az


































































