Briləşmiş Ştatlar 23 il ərzində Azərbaycana 1,3 milyard dollar həcmində köməklik göstərib.
ABŞ güclü, müstəqil və demokratik dövlət olan Azərbaycanla münasibətləri davam etdirmək niyyətindədir.
7news.Az-ın Report-a istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyini qazanmasının 240-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.
Səfir xatırladıb ki, ABŞ Azərbaycanı 1991-ci ildə müstəqilliyini elan edərkən dəstəkləyib. O deyib ki, Azərbaycan və ABŞ hərbçiləri Əfqanıstan, Kosova və İraqda sülhməramlı missiyalarda çiyin-çiyinə iştirak ediblər.
R.Sekuta qeyd edib ki, ABŞ 1993-cü ildən Azərbaycana 1,3 mlrd. dollar həcmində humanitar yardım da daxil olmaqla köməklik göstərib.
“Bu ilin mart ayında Azərbaycan Prezidentinin ABŞ-a səfəri iki ölkə arasında mövcud olan münasibətlərin inkişafına öz töhfəsini verəcək”, - deyə səfir vurğulayıb.
7news.Az








