Diplomat ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə ötən gecə telefon danışığı apardığını xatırladıb.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunması üçün ən yüksək səviyyədə çalışır.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəsinin müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə deyib.
Səfir Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi ehtimalına da münasibət bildirib:
“Fikrimcə, görüşün tarixi hələ razılaşdırılmayıb. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün tərəflərin görüşünün baş tutmasına çalışır”.
R.Sekuta xatırladıb ki, ötən gecə ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair telefon danışığı aparıb:
“ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə ciddi səy göstərir”./report
7news.Az








