Dağıstanın Manas kəndində turist lojaları daşqın suları ilə yuyulur.
Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Bundan başqa, Dərbənd rayonundakı Kavkaz şossesindəki körpü uçaraq nəqliyyatın hərəkətini dayandırıb.
Qeyd edək ki, daha əvvəl Dağıstanda baş verən daşqınlar nəticəsində bir qadının öldüyü və bir kişinin yaralandığı bildirilmişdi.








