Türkiyənin "Baykar” şirkətinin texniki direktoru və "TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar özünün hesabında Ukraynaya dəstək verib.
O Rusiyanın Ukraynaya hücumunu pisləyib.
"Rusiyanın müstəqil bir xalqın suverenliyinə məhəl qoymayaraq qanunsuz müdaxiləsini ən kəskin şəkildə pisləyirəm.
İşğala müqavimət göstərən türk qardaşlarımızın vətəni Krımı və Ukraynanı dəstəkləyirəm”, - Bayraktar sosial şəbəkə hesabında yazıb./report
7NEWS.Az








