RU
Selfi çəkdirmək Berluskoninin başına oyun açdı - Xəstəxanalıq oldu
12:50
256

Selfi çəkdirmək Berluskoninin başına oyun açdı - Xəstəxanalıq oldu

İtaliyanın keçmiş baş naziri, məşhur siyasətçi Silvio Berluskoninin səhhətində problem yaranıb.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, "İrəli, İtaliya” partiyasının 83 yaşlı lideri Zaqrebdə (Xorvatiya) Avropa Xalqları Konqresi zamanı yıxılıb və yaralı halda Milan klinikasına yerləşdirilib.

Bildirilir ki, 83 yaşlı siyasətçi travmanı onunla selfi çəkdirmək istəyənlərin izdihamı zamanı yıxılaraq alıb. Tədbirin sonunda Berluskoni təyyarə ilə evə qayıdıb və xəstəxanada müxtəlif müayinələrdən keçirilib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ