RU
13:11
450

"Selfie"də gözəl düşmək istəyirsiniz? - Bu xəbəri mütləq oxuyun!

Gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən "Selfi"lərdə hər zaman pis düşünürsünüz və buna görə "Selfie" çəkdirməkdən imtina edirsiniz? Bu qaydalara əməl etsəniz, ürəyinicə olan "Selfie"lər çəkdirə bilərsiniz.

Geniş mənzərəli yerlər üçün selfie çubuğundan istifadə edin.

Əla bir mənzərəsi olan bir məkanda mənzərənin və özünüzün daha yaxşı düşəcəyi "Selfie" pozasını çəkmək istəyirsiniz. Bu cür fotoşəkillərdə qolların görünməməsi nə qədər əhəmiyətlidirsə, yaxşı görünmək və mənzərəni də göstərmək də bir o qədər vacibdir. Ən geniş bucaqları belə tək bir kvadrata sığdıra bilmək üçün ən yaxşı vasitə "Selfie" çubuğudur.

"Selfie" çəkdirərkən arxa fonun düzgün olmaması, şəkillərin qaranlıq çəkilməsi üz cizgilərinizi daha kobud göstərəcək.

Tək çəkdirdiyiniz "Selfie"lər bir o qədər diqqət cəlb etmir. Yaxın bir dostunuzla, ailənizlə və yaxud ev heyvanızla çəkəcəyiniz "Selfie"də arxa plan daha az gözə çarpdığı üçün, daha çox bəyənilən pozalar olacaq. Eyni zamanda, "Selfie" çəkdirərkən standart durmamağınız əyləncəli pozalar verərək çəkdirdiyiniz şəkillərdən daha şən və mənalı olacaq. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ