RU
Səlim Müslümov Xətai icra başçısının qohumuna vəzifə verdi
11:14
11393

Səlim Müslümov Xətai icra başçısının qohumuna vəzifə verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov kadr dəyişikliyi edib.

Mia.az-a daxil olan məlumata görə, nazir ƏƏSMN yanında Sumqayıt şəhər şöbəsinin sədr müavini Güləhməd Bağırova yeni vəzifə verib. Belə ki, G.Bağırov nazirin əmri ilə Binəqədi rayon Məşğulluq idarəsinə rəhbər təyin olunub.

Məlumat üçün bildirək ki, G.Bağırov Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur. 

Onu da qeyd edək ki, G.Bağırov DSMF-nin Səbail rayon şöbəsinin müdiri vəzifəsində də çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ