Son 2 ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində müxtəlif istiqamətlər üzrə islahatlar aparılmaqdadır. Nazirliyin bütün xidmətlərinin elektronlaşması isə bir növ əhalinin daha çevik və ətraflı informasiya qəbulu və ixracına etməsinə hesablanmışdır. Lakin 7News.az xəbər verir ki, Səlim Müslümovun apardığı "İKT islahatlar” gözlənildiyini nəticəni deyil, tam əksini verir. Redaksiyamıza daxil olan onlarla müraciətdən belə qənatə gəlmək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi keçmiş nazir Füzuli Ələkbərovun zamanındakından daha bərbad hala düşüb.
Müraciətlərdən birini aktuallıq baxımından əhəmiyyətli hesab edir və oxucularımıza da təqdim edirik. Xəbər verdiyimiz kimi cari ilin Fevral ayının 9-da Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) respublikada tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin, əlillik müayinələri ilə bağlı göndəriş formalarının elektronlaşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi. Tədbirdə nazir Səlim Müslümov bildirib ki, ölkədə əlillik təyinatı prosesinin tam avtomatlaşdırılması, beləliklə, bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təmin olunması məqsədilə ötən il nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi yaradılıb.Bu islahat tədbiri səhiyyə müəssisələri tərəfindən əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) TSEK-lərə elektron qaydada göndərilməsini, kağız daşıyıcılardan istifadə praktikasına son qoyulmasını nəzərdə tutur.
Əslində söhbət normal sitemdən gedir, təbii ki, işləsə. Aparılan islahatların mayasında korrupsiya hallarına son qoyma faktoru dayansa da VTEK sədrləri bu "dərdlərinə” də çarə tapa biliblər. Belə ki, VTEK sədrlərinin qurduğu oyun olduqca hiyləgər və düşünlümüş şəkilə reallaşdırılır. Ən ağır xəstələr aylarla öz əlillik dərəcələrini ala bilmirlər. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, elektron formada daxil olan müraciətlər müxtəlif VTEK sədrləri arasında bölünsə də sonuca sədrlərin öz aralarında ŞİFRƏLİ SÖVDƏLƏŞMƏLİ nətiəsində əsl xəstələr kənarda qalır, 3000 manat və daha çox vəsait ödəyən sağlam vətəndaşlar isə I, II, III dərəcli əlil statusunu almağa müvəffəq olurlar. Belə ki, VTEK sədrləri "xəstəni” pul gücunə qəbul etdikdən sonra bir-biriləri ilə telefonla əlaqə saxlayaraq şifrəli sözlərlə "xəstələrinə” müxtəlif əlillik dərəcələrini "satırlar”. Beləliklə də VTEK sədrləri qeyri-qanuni olaraq əvvəlki qazanclarından 2 dəfə çox gəlir əldə edirlər, eyni zamanda dövlətdən ayrılan milyonlarla vəsaiti xəstə vətəndaşlara deyil, sağlam insanlara "xərcləyirlər”. Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Problemlə bağlı redaksiyamıza daxil olan bütün müraciətlər isə saytımızda dərc ediləcəkdir.
7NEWS.az








