Məşhur "Disclose Screen” kanalı fövqəltəbii hadisələrin tədqiqatçıları və ufoloqların uçan naməlum obyektlərlə bağlı növbəti intriqa yaradan videosunu paylaşıb.
7News.Az yeniçağ.az-a istinadən bildirir ki, hadisə Alyaskanın Kivalina şəhərində baş verib.
Tapıntının müəllifləri əmindirlər ki, burada söhbət yalnız yadplanetlilərin hava gəmisindən gedə bilər. Müxtəlif rakurslardan çəkilən kadrlara başqa məntiqi izah vermək olmur.








