RU
Səmada naməlum obyekt - VİDEO
15:43
405

Səmada naməlum obyekt - VİDEO

ABŞ-ın Şimali Florida ştatının sakinləri səmada işıltılı qəribə şar müşahidə edib.

Qeyri-adi obyektin görüntüsünü sakinlər sosial şəbəkələrdə, o cümlədən, "Twitter”də paylaşıb.

Düşən şarı martın 30-da gecə saatlarında görüblər.

Bəzi istifadəçilər zarafatyana şəkildə hansısa superqəhrəmanın yerə endiyini yazıb.

ABŞ-ın Milli Meteoroloji Xidmətinin məlumatına görə, gur işıq, əslində, yerə düşən meteordan çıxıb. İşıltını xidmətin peyklərindən biri qeydə alıb.

Bəzi məlumatlara görə, meteor Florida ştatının Perri şəhəri yaxınlığında düşüb.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ