ABŞ-ın Kolorado ştatının Denver şəhərində naməlum uçan obyektlər görünüb.
BiG.AZ xəbər verir ki, bu barədə məşhur ufoloq və virtual arxeoloq Skott Uorinq öz bloqunda xəbər verib.
Belə ki, yerli sakinlər səmadan düşən üç ağ obyektin düşdüyünü müşahidə ediblər.
Ufoloqun dediyinə görə, alınan şəkilləri böyüdərkən sirli cisimlərin disk formasında olduqları görünür.
Uorinq NASA-nın daha öncə kosmik "tulantı"nın Denver üzərində uçacağı barədə məlumat vermədiyini də vurğulayıb.
Paranormal hadisələrin tədqiqatçısı Denverin dağlıq bölgələrində böyük ehtimalla yadplanetli sivilizasiyaların bazasının olduğunu hesab edir. Bu barədə o, hələ 10 il öncə məlumat verib.
7NEWS.Az








