1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb.
KTM-dən 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mərkəz avqustun 19-dan COVID-19 xəstəxanası kimi fəaliyyət göstərir:
"Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, ümumi reanimasiya, intensivterapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb.
Hazırda mərkəzdə hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələr və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetirilir".
7NEWS.Az








