Dövlət başçısı sərəncam imzaladı.
Azərbaycan prezidenti İlham Əliyev general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb.
7news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
7news.az








