RU
Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi saxlanılıb
17:05
179

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi saxlanılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

7NEWS.Az xəbər verir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.

O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.

Baş Prokuorluğun Mətbuat xidmətindən 7NEWS.Az-a bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ