Şəmkir rayon sakinini elektrik cərəyanı vurub.
Hadisə bu gün qeydə alınıb.
Rayonun Bayramlı kənd sakini, 25 yaşlı Rövşən Şamilov çayda suya elektrik buraxıb oradan balıq tutmaq istəyərkən cərəyan onu vurub.
R.Şamilov dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb./apa
7news.Az








