RU
Şəmkirdə 25 yaşlı qadın döyülüb
22:41
821

Şəmkirdə 25 yaşlı qadın döyülüb

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Rayonun Düyərli kənd sakini, 1990-cı il təvəllüdlü Ulduz Qurbanova bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, U. Qurbanova boşandığı həyat yoldaşı və onun qohumları tərəfindən döyülüb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ