RU
Şəmkirdə 5 otaqlı ev yandı
17:07
912

Şəmkirdə 5 otaqlı ev yandı

Şəmkir rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.

7News.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, hadisə rayonun Morul kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 72 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ